BolgeXeber.Com » Xəbərlər » Ukrayna üçün sosial şəbəkə yaradılır - Ukrainians

Ukrayna üçün sosial şəbəkə yaradılır - Ukrainians

23-05-2017, 17:00
Oxunub: 1 416 Ukrayna üçün sosial şəbəkə yaradılır - UkrainiansUkraynada Rusiya sosial şəbəkələrinin bloklanması fonunda Kanadanın “StartupSoft” şirkəti bu ölkə üçün “Ukrainians” adlanan sosial şəbəkə yaratmağı təklif edib

İKT.lent.az-ın “iLenta.com” saytına istinadən verdiyi məlumata görə, “Ukrainians”ın dəstəklənməsi üçün imza toplanır. Tərtibat işləri 50 min imza toplandıqdan sonra başlamalı idi, lakin artıq 66 mindən artıq imza toplanıb. “StartupSoft” bu iş üçün 30 proqramçı ayırıb, onlar ukraynalı mütəxəssis Aleksandr Strumçinski ilə birlikdə sosial şəbəkənin tanıdılması və inkişafı üçün çalışacaqlar. İdeyaya görə, “Ukrainians” “web”, iOS və “Android” platformasında fəaliyyət göstərəcək.

“StartupSoft” şirkəti “Ukrainians” sosial şəbəkəsini cəmi 4 ay müddətinə yaratmağı söz verib.

Xatırladaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko ölkə Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı əsasında ölkədə bir sıra Rusiya saytlarının, o cümlədən “VKontakte”, “Odnoklassniki” sosial şəbəkələrinin bloklanması barədə fərman imzalayıb.