BolgeXeber.Com » Bölgə » Hacıqabulda 28 may Respublika günü münasibəti ilə “Müsəlman Şərqində ilk Demokratik Respublika” adlı tədbir keçirildi-FOTO
Hacıqabulda 28 may Respublika günü münasibəti ilə “Müsəlman Şərqində ilk Demokratik Respublika” adlı tədbir keçirildi-FOTO
25-05-2017, 17:31
Oxunub: 4 359
Müsəlman Şərqində ilk Demokratik Respublika
25.05.2017-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində 28 may Respublika günü münasibəti ilə “Müsəlman Şərqində ilk Demokratik Respublika” adlı tədbir keçirildi.Tədbirdə rayonun mədəniyyət, təhsil, Uşaq və Ailələrə Dəstək mərkəzinin işçiləri, məktəblilər iştirak etdilər.Əvvəlcə Mərkəzdə açılmış “Rəngarəng Azərbaycanım” adlı sərgiyə tamaşa edildi.Sonra tədbirin rəsmi hissəsi dəyirmi masa ətrafında davam etdirildi.Tədbiri giriş sözü ilə mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, Müsəlman Şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.
Sonra Mərkəzin baş fond mühafizi Bahar Abasova və Tarix-Diyarşünaslıq muzeyinin direktoru Məhəmməd İsayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdilər.Məktəblilərin ifasında şeirlər səsləndirildi.
Tədbirin sonunda “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olundu.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər