Füzulidə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir - FOTOLAR
26-05-2017, 15:03
Oxunub: 3 813
Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır
Rayonda görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının məhz bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün şərait yaradılır. Füzuli rayonunda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Böyük Bəhmənli kəndində sahibkar tərəfindən şəxsi vəsait hesabına şadlıq evi tikilib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şadlıq evinin açılış mərasimində iştirak etmişdir. Alı Alıyevə məlumat verilib ki, ümumi sahəsi 2 hektar, tikinti sahəsi 800 kvm, 650 nəfər tutumu olan şadlıq evi Böyük Bəhmənli kənd sakinləri ilə yanaşı rayonun digər yaşayış məntəqələrindən olan əhaliyə də xidmət edəcəkdir. Şadlıq evi ən müasir dizaynla inşa edilib, ərazisində 500-dək ağac və gül kolları əkilib, abadlıq işləri görülüb. Obyektdə ilkin mərhələdə 35 nəfər işlə təmin olunması nəzərdə tutulub.
Bolgexeber.com xəbər verir ki, Alı Alıyev açılış mərasimində Prezident cənab İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.
Alı Alıyev bir daha respublikanın hansı bölgəsindən olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını Füzuli rayonuna dəvət edib.
Kənd sakinləri füzulililərə göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər