BolgeXeber.Com » Bölgə » Ucar rayonunun mərkəzi stadionu bərbad durumdadır - VİDEO

Ucar rayonunun mərkəzi stadionu bərbad durumdadır - VİDEO

30-05-2017, 11:12
Oxunub: 4 312 Ucar rayonunun mərkəzi stadionu bərbad durumdadır - VİDEOUcar rayonunun mərkəzi stadionu palçıq içindədir, ətrafı kol-kos basıb, oturacaqlar isə çürüyüb tökülüb

Xezerxeber.az məlumat verir ki, rayon mərkəzində idman oyunlarının keçirilməsi üçün stadion olsa da yararsız haldadır. Buna görə də sakinlər qonşu rayona getməyə məcbur qalırlar. 5 hektar ərazini əhatə edən stadion illərdir baxımsız olduğundan bu hala düşüb.
Sakinlərin sözlərinə görə, idman meydançası illərdir bərbad halda olduğundan futbol yarışları üçün qonşu rayonlara getmək məcburiyyətində qalırlar.
Şəhər stadionu MKT İsehsalat Kommersiya Birliyinin Ucar filialının balansındadır. Hətta qeydiyyatda olan işçisi də var. Lakin indiyə kimi heç bir təmir işləri aparılmayıb.
Rayonun gəncləri bu problemin həll olunması üçün gənclər və idman nazirinə müraciət edəcəklər.
Bolgexeber.com