BolgeXeber.Com » Siyasət » Ərdoğan: Körfəz ölkələrinə nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?

Ərdoğan: Körfəz ölkələrinə nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?

10-06-2017, 10:07
Oxunub: 3 011 Ərdoğan: Körfəz ölkələrinə nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?Türkiyə Qətəri dəstəkləməkdə davam edəcək

Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Türkiyə Qətəri hərtərəfli dəstəkləməkdə davam edəcək. Mən bu günə qədər Qətərin terrora dəstək verdiyinə şahid olmadım. Son bir-iki həftəyə qədər çox yaxşı münasibətləri olan Körfəz ölkələrinə indi nə oldu ki, qardaşlarını terror ölkəsi elan edirlər?”, - deyə R.T.Ərdoğan bildirib.

Qətərə qarşı tətbiq edilən blokadanı aradan qaldırmağa çağıran dövlət başçısı Səudiyyə Ərəbistanına müraciət edib: “Siz Körfəzin ən böyük və qüdrətli dövlətisiniz. Siz bölgədə qardaşlığın baş tacı olmalısınız, bütün tərəfləri bir araya gətirməlisiniz. Biz bunu gözləyirik, bu bizim haqqımızdır”.