BolgeXeber.Com » Müsahibə-Reportaj » Putin ölən qardaşından, kürəkənlərindən danışdı – VİDEO

Putin ölən qardaşından, kürəkənlərindən danışdı – VİDEO

13-06-2017, 17:02
Oxunub: 12 235 Putin ölən qardaşından, kürəkənlərindən danışdı – VİDEORejissor Oliver Stoun Rusiya prezidenti Vladimir Putin haqda “Putinlə müsahibə” adlı sənədli film çəkib

“Qafqazinfo” xəbər verir ki, filmin ilk bölümü artıq Showtime kanalında yayımlanıb.

Müsahibənin bir hissəsi Putin sükan arxasında ikən alınıb. Dövlət başçısı müsahibəsində ABŞ-ı Çeçenistanda militanları dəstəkləməkdə ittiham edib və bununla bağlı sübutları olduğunu söyləyib.

Putin , həmçinin Vaşinqtonun Əfqanıstanda “Əl Qaidə” terror təşkilatının yaradılmasında əli olduğunu bəyan edib:

““Əl-Qaidə bizim deyil, amerikalı dostlarımızın fəaliyyətinin nəticəsidir. Bu, hələ sovet qoşunlarının Əfqanıstanda müharibəsi zamanı başlamışdı. O zaman Amerika xüsusi xidmət orqanları sovet qoşunları ilə müharibədə müxtəlif istiqamətli islam fundamentalizmini dəstəkləyirdilər”.

Rusiya lideri SSRİ-nin keçmiş prezidenti Mixail Qorboçuvu da tənqid edib. Onun sözlərinə görə, Qorboçov NATO-nun şərqdə yayılmamasının zəmanətini ala bilməyib.

“Sovetlər Birliyinin dağılmasından təəssüflənməyimlə bağlı tez-tez ünvanıma tənqidlər eşidirəm. Ən önəmlisi odur ki, Sovetlər Birliyinin dağılmasından sonra 25 milyon rus insanı bir gecədə sərhəddi keçməli oldu. Bu həqiqətən də 20-ci əsrin ən böyük fəlakətlərindən biri idi” deyə prezident əlavə edib.

Rusiya prezidenti valideynləri haqda da danışıb:

“Mən onların gec gələn uşaqları oldum. Buna qədər valideynlərim iki uşaqlarını itirmişdilər. Onlardan biri Leninqradın blokdası zamanı həlak olmuşdu”.

Nəvələri ilə bağlı suala gəldikdə isə Putin bildirib ki, təəssüf ki, onlarla oynamağa az vaxt tapır.

Rusiya lideri qızlarının nə siyasətlə, nə də bizneslə əlaqəli şəxslər olmadığını, onlarla fəxr etdiyini deyib. Kürəkənləri ilə bəzən fikir ayrılıqları yaşadığını deyən prezident əlavə edib ki, mübahisə deyil, daha çox müzakirə edirlər.