BolgeXeber.Com » Bölgə » Bərdə regional “ASAN xidmət” mərkəzində tədbir keçirilmişdir-FOTO

Bərdə regional “ASAN xidmət” mərkəzində tədbir keçirilmişdir-FOTO

14-06-2017, 18:37
Oxunub: 8 081 Bərdə regional “ASAN xidmət” mərkəzində tədbir keçirilmişdir-FOTOTədbiri giriş sözü ilə Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru Elxan Cəfərov açaraq qonaqları təqdim etdi və tədbir barədə qısa məlumat verdi

14 iyun 2017-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzində Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin, Gənclər və İdman idarəsinin və Bərdə regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin radikal təsirlərdən qorunmasında İslam Həmrəyliyi ideyasının rolu” mövzusunda mərkəzinin könüllülərinin və gənc işçilərinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru Elxan Cəfərov açaraq qonaqları təqdim etdi və tədbir barədə qısa məlumat verdi.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin müdiri Natiq Əfəndiyev çıxışında qeyd etdi ki, qlobal siyasi və hərbi kataklizmlərə baxmayaraq, Azərbaycan yerləşdiyi coğrafiyanın “sabitlik adası” olaraq qalmaqdadır. Ulu öndər Heydər Əliyevin qurduğu,ölkə Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan dövlətib, hakimiyyətin həyata keçirdiyi düzgün və düşünülmüş siyasət nəticəsində həm bölgənin liderinə, həm də sabitlik və əməkdaşlıq məkanına çevrilib. Bizim bu əmin-amanlığa hansı qanlı-qadalı günlərdən keçib gəldiyimizi hamımız çox gözəl bilirik. Sonra o, Azərbaycanda dinlər arasında heç vaxt qarşıdurma, məzhəb ayrı-seçkiliyinin olmadığını, tolerant və multikultural mühitin mövcudluğundan, dini radikalizm, ekstremizm və onun fəsadlarından qorunması üçün gənclərin maariflənməsinin, radikal qrupların təsirinə məruz qalmamaları baxımından mühüm əhəmiyyəti olduğundan danışdı.
Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov çıxış edərək qeyd etdi ki, əhalinin əksəriyyəti müsəlman dövləti olan Azərbaycandakı dini münasibətlər ən düzgün və zamanın sınaqlarından layiqincə çıxan modeldir. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı İslamın gözəlliklərini, saflığını hər zaman qoruyub saxlayır, ona dinimizə zidd ideyalar qatmır. Odur ki, Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur. Azərbaycan hüquqi, dünyəvi dövlətdir. Dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət-din münasibətləri sağlam təməllər üzərində formalaşaraq dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir. Əksər müsəlman cəmiyyətlərindən fərqli olaraq, Azərbaycanda müqəddəs dinimiz xalqımızı birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə və yüksəlməsinə xidmət edir. Azərbaycanda bu cür sağlam dövlət-din münasibətlərinin əsasını isə müstəqillik dövründə ulu öndər Heydər Əliyev qoyub. 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi,may ayında Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla həyata keçirilməsinin bariz nümünəsidir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov çıxışında qeyd etdi ki,Azərbaycan üçün əsas xüsusiyyətlər həm də ondan ibarətdir ki, bu ölkə bütün İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri, həm də ən yüksək tolerant dəyərlərin daşıyıcısıdır. Burada tarixin heç bir dövründə dinlərarası qarşıdurma baş verməyib. Lakin onu da etiraf etməliyik ki, müstəqillik illərində zərərli, məzhəb ayrı-seçkiliyi üzərində formalaşan təriqətlər də Azərbaycanda möhkəmlənməyə çalışdılar. Hətta ayrı-ayrı vaxtlarda dini ekstremizmə cəhdlər olundu. Lakin dinimizlə ayaqlaşmayan zərərli dini baxışların heç biri Azərbaycanda öz istəyinə çata bilmədi.2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə Azərbaycan böyük bir missiyanı üzərinə götürmüş oldu. Bu bir tarixi həqiqətdir ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynayıb. Ölkəmiz tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib.Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin layiqincə davam etdirdiyi bu yol, xüsusən məzhəblərarası etimad mühiti bütün müsəlman dövlətləri üçün nümunədir.Sonda o,gənclərlə maarifləndirici işin gücləndirilməsini vacibliyindən danışdı.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin baş məsləhətçisi Rahib İbrahimov çıxış edərək dini təriqətlərin radikal yönümlü fəaliyyətləri barədə geniş və ətraflı məlumat verdi.
Tədbirin sonunda qonaqlar gəncləri maraqlandıran suallara cavab verdilər.
Bolgexeber.com
Bərdə regional “ASAN xidmət” mərkəzində tədbir keçirilmişdir-FOTO
Bərdə regional “ASAN xidmət” mərkəzində tədbir keçirilmişdir-FOTO
Bərdə regional “ASAN xidmət” mərkəzində tədbir keçirilmişdir-FOTO
Bərdə regional “ASAN xidmət” mərkəzində tədbir keçirilmişdir-FOTO
Bərdə regional “ASAN xidmət” mərkəzində tədbir keçirilmişdir-FOTO
Bərdə regional “ASAN xidmət” mərkəzində tədbir keçirilmişdir-FOTO
Bərdə regional “ASAN xidmət” mərkəzində tədbir keçirilmişdir-FOTO