BolgeXeber.Com » Sosial » Şadlıq evlərində sentyabr ayına yer qalmayıb – VİDEO

Şadlıq evlərində sentyabr ayına yer qalmayıb – VİDEO

19-06-2017, 12:27
Oxunub: 2 788 Şadlıq evlərində sentyabr ayına yer qalmayıb – VİDEOSentyabr ayına xeyli vaxt qalsa da, şadlıq evlərinin əksəriyyətində toy etmək üçün yer tapmaq müşkül məsələyə çevrilib

Bolgexeber.com xezerxeber.az-a istinadən xəbər verir ki, toy etmək istəyənlər 3 ay öncədən yerləri sifariş veriblər.

Restoran inzibatçılarının sözlərinə görə sentyabr ayında, demək olar ki, hər günə toy sifarişi var.
Restoranların bu qədər tez sifariş verilərək tutulmasının isə bir neçə səbəbi var.

Sifarişlərin çox olması qiymətlərə təsir etməyib. Şadlıq evlərindən bildiriblər ki, tələbin çox olmasına baxmayaraq, onlar qiymətlərdə artım olmasına imkan verməyiblər. Hətta bəzi restoran menyularında 5-10 manata kimi ucuzlaşma da var.