BolgeXeber.Com » Siyasət » Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzatdı

Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzatdı

19-06-2017, 14:18
Oxunub: 2 892 Avropa İttifaqı Krıma qarşı sanksiyaların müddətini uzatdıAvropa İttifaqının üzv ölkələrinin XİN rəhbərləri iyunun 19-da müzakirəsiz Krıma qarşı sanksiyaların müddətini bir il uzadıblar

Oxu.Az xəbər verir ki, bu barədə Aİ Şurasına istinadən RİA Novosti məlumat yayıb.

“2017-ci ilin iyun ayının 19-da Krım və Sevastopolun qanunsuz şəkildə Rusiyaya birləşdirilməsinə cavab olaraq Şura tərəfindən sanksiyaların müddətini 2018-ci ilin iyun ayının 23-nə qədər uzadılmasına dair qərar qəbul edilib”, - məlumatda deyilir.

Qeyd edilir ki, sanksiyaların müddəti 2017-ci ilin iyun ayının 23-də başa çatırdı.