BolgeXeber.Com » İdman » Almaniya Konfederasiyalar Kubokuna qələbə ilə başlayıb - VİDEO

Almaniya Konfederasiyalar Kubokuna qələbə ilə başlayıb - VİDEO

20-06-2017, 10:58
Oxunub: 3 272 Almaniya Konfederasiyalar Kubokuna qələbə ilə başlayıb - VİDEOFutbol üzrə Almaniya yığması Konfederasiyalar Kuboku – 2017-nin qrup mərhələsinin I turunda Avstraliya üzərində qələbə qazanıb

"Report" xəbər verir ki, Soçidə keçirilən görüş son dünya çempionlarının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Debüt matçında hesabı Lars Ştindl açıb. Oyunun 41-ci dəqiqəsində Tomas Roqiç cavab qolunu vurub, lakin üç dəqiqə sonra Yulian Draksler penaltidən Almaniyanı yenidən irəli çıxarıb.
İkinci hissənin əvvəlində Leon Qoretska üçüncü qolu Avstraliyanın qapısına vurub. 56-cı dəqiqədə Tomi Yuriç hesab arasında fərqi birə endirib.
Konfederasiyalar Kuboku. B qrupu. 1-ci tur
Avstraliya – Almaniya - 2:3
0:1 – Ştindl – 5, 1:1 – Roqiç – 41, 1:2 – Draksler – 44 (pen), 1:3 – Qoretska – 48, 2:3 – Yuriç – 56.