“Jurnalistlərin dostu” müəyyənləşdiriləcək
21-06-2017, 11:44
Oxunub: 3 225
Mətbuat Şurası (MŞ) və “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi 2017-ci ildə “Jurnalistlərin dostu” mükafatının təqdimatı üçün iyunun 20-dən iyulun 15-ə kimi kütləvi informasiya vasitələri arasında sorğu elan edib
Şuradan verilən məlumata görə, bu məqsədlə MŞ tərəfindən müvafiq işçi qrupu yaradılıb.
Mükafatın laureatını ölkənin tanınan, ictimai fikrə təsir göstərən televiziya, radio, qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu və jurnalist təşkilatlarının nümayəndələri müəyyənləşdirəcəklər.
MŞ sorğuda iştirak edəcək KİV-lərə müvafiq anketləri təqdim edəcək. Anketlər iyulun 15-dək cavablandırılmalı və Şuraya təqdim olunmalıdır. İyulun 15-dən 20-dək cavablar öyrəniləcək və sorğunun qalibi müəyyən ediləcəkdir. Mükafatın laureatının adı iyulun 22-i Milli Mətbuat günü açıqlanacaq.
“Jurnalistlərin dostu” mükafatı 1998-ci ildə “RUH” Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi (hazırkı “Ruh” Jurnalistlərin Müdafiəsi ictimai birliyi) tərəfindən təsis edilib. Mükafatın təsis edilməsində məqsəd cəmiyyətdə söz və məlumat azadlığını təbliğ və inkişaf etdirmək, media ilə dövlət qurumlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin və siyasi partiyaların əlaqələrinin möhkəmləndirilməsinə kömək göstərmək, kütləvi informasiya vasitələrinə qayğı ənənələrini stimullaşdırmaqdır.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər