BolgeXeber.Com » Dünya » Rusiyada bir sutkada 10 min hektar meşə yanıb

Rusiyada bir sutkada 10 min hektar meşə yanıb

22-06-2017, 09:55
Oxunub: 3 277 Rusiyada bir sutkada 10 min hektar meşə yanıbRusiyanın Uzaq Şərq bölgəsində meşə yanğınları son sutka ərzində 10 min hektar meşə sahəsini məhv edib

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, yanğınların söndürülməsinə 270 canlı qüvvə, 23 ədəd texnika və 5 təyyarə cəlb olunub.

Ötən gün Rusiya ərazisində 10 min hektardan çox sahəni əhatə edən 50 meşə yanğını qeydə alınıb.

Yanğınlardan ən çox Yakutiya və Amur vilayət zərər çəkib.