BolgeXeber.Com » Xəbərlər » Şirvanda yaşayış səviyyəsinin yüksəldilməsi naminə irimiqyaslı işlər görülür

Şirvanda yaşayış səviyyəsinin yüksəldilməsi naminə irimiqyaslı işlər görülür

30-06-2017, 11:09
Oxunub: 3 149 Şirvanda yaşayış səviyyəsinin yüksəldilməsi naminə irimiqyaslı işlər görülürAzərbaycanın gözəl guşələrindən biri olan Şirvan şəhəri hər il bir addım daha inkişaf yolunda məsafə qət edir

Prezident İlham Əliyevin göstərişlərinə əsasən, şəhərdə abadlıq-quruculuq işləri davam etdirilir. Sakinlərin yaşayış səviyyəsinin yüksəldilməsi naminə irimiqyaslı işlər görülür.
Həmin işlərə misal olaraq, yeni iş yerlərinin açılmasını, təsərrüfatla məşğul olan kiçik sahibkarlara ayrılan diqqəti göstərmək olar.

"İcra Hakimiyyətinin də qayğısı nəticəsində gənclərimiz də artıq bir iş sahibidir."

Şirvan şəhər sakinləri ezam olunmuş əməkdaşlarımıza söhbət zamanı deyiblər ki, əvvəllər gənclərimizin işsiz qalması bizi çox narahat edirdi:
"Amma indi elə deyil. İcra Hakimiyyətinin də qayğısı nəticəsində gənclərimiz də artıq bir iş sahibidir. Yeni iş yerləri açılır. Ailələrinə qazanc aparırlar. Biz valideynlər üçün bundan böyük xoşbəxtlik ola bilməz."

"Şirvan şəhərində sahibkarları sıxışdırmırlar."

Kiçik sahibkarlar da öz növbələrində göstərilən dəstəkdən məmnun olduqlarını qeyd ediblər:
"Bəzi həmkarlarımız bizə həsəd aparırlar. Çünki Şirvan şəhərində sahibkarları sıxışdırmırlar. Rahat şəkildə öz işimizi görürük. Nəsə çətinliyimiz olduqda, icra başçısı Mərdan Camalovun qəbuluna gedirik. Bizi narahat edən məsələləri müzakirə edirik. Çıxış yolu tapırıq."

Şirvan şəhərində elektrik enerjisi təchizatı sahəsində yenidəqurma tədbirləri həyata keçirilir.
Belə ki, 465 km 0.4 kv-luq elektrik naqili daha keyfiyyətli kabellə əvəz edilmiş, yüksək gərginlikli elektrik xətləri, yarımstansiyalarda əsaslı və cari təmir işləri aparılmış, müasir Smart-kart tipli 19644 ədəd elektrik sayğacı quraşdırılmışdır. Xırda qəzalar istisna olmaqla istehlakçılar normal elektrik enerjisi ilə fasiləsiz təmin olunurlar.

Şirvan sakinləri bəzi halları çıxmaq şərtilə kəsintisiz qaz ilə də təmin olunurlar.
Ölkə başçısı cənab İlham Əliyevin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Proqramının icrası ilə əlaqədar şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün qaz kəmərlərinin yenidən qurulur və yeni yaşayış massivlərinin qazlaşdırılması istiqamətində 147,0 km qaz kəməri yenisi ilə əvəz olunub hal-hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Qaz təsərrüfatında yenidənqurma işləri tam başa çatdırılmadığı üçün bəzi yaşayış massivlərində qaz azlığı hiss olunur. Ki, sözügedən qaz azlığı problemi də yenidənqurma işləri nəticəsində qısa müddətdə aradan qaldırılacaq.

Qeyd etmək yerinə düşər ki, 4 gün əvvəl Şirvan şəhər icra başçısı Mərdan Camalovun qəbul günü olub və görüşdə yüzlərlə Şirvan sakininin problemi müzakirəyə çıxarılıb. Zəruri qeydlər aparılıb və müvafiq tapşırıqlar verilib.

Prezident İlham Əliyevin Şirvana mütəmadi səfərlərindən biri də dünən reallaşıb.
Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov isə abidənin ətrafında görülmüş abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Şirvan şəhərində dövlət əhəmiyyətli tədbirlər də yüksək səviyyədə keçirilir. Şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirlərdə illik hesabatlar açıq müzakirəyə çıxarılır, görülən işlər barədə məlumat verilir.
Gənc və azyaşlı istedadlar öz işlərini İcra Hakimiyyəti tərəfindən təşkil olunan sərgilərdə nümayiş etdirirlər.
Əlbəttə ki, Şirvan şəhərinin inkişafı bir yazıya sığışmaz. Həyata keçirilən bütün zəruri tədbirlər yalnız sakinlərin daha yaxşı yaşayışını təmin etmək üçündür. Və qeyd etmək lazımdır ki, bu inkişafın əsas səbəbkarı prezident İlham Əliyev və xanımı birinci vitse-prezident Mehriban Əliyevadır.
Onların sayəsində Azərbaycan daim rəqabətdə olduğu ölkələri geridə qoyacaq.

İbrahim Mahmudov

Bolgexeber.com