BolgeXeber.Com » Bölgə » Zərdablı fermer kömək istəyir - Müraciət...

Zərdablı fermer kömək istəyir - Müraciət...

10-07-2017, 11:08
Oxunub: 4 084 Zərdablı fermer kömək istəyir - Müraciət..."Bu il pambıq və taxıl əkmişəm.13 hektar taxıl sahəmdə məhsulumu hələ də biçdirə bilmirəm"

RegionXeberleri.com-a Zərdab rayonu Gödəkqobu kənd sakini Zeynalov Ramil İsmayıl oğlu tərəfindən şikayət məktubu daxil olub. Zərdab rayon Gödəkqobu kənd sakini mətbuat vasitəsi ilə dövlət başçısına müraciət edir.
"Cənab Prezident bu şikayət ərizmdə yazıb bildirirəm ki, sizin tapşırığınız əsasında respublikada kənd təsərrüfatının inkişafına xüsusi diqqət göstərilir.Mən də əkinçiliklə məşğul olub dövlətimizə töhfələr verirəm.Bu il pambıq və taxıl əkmişəm.13 hektar taxıl sahəmdə məhsulumu hələ də biçdirə bilmirəm.Çünki bunun üçün aqrolizinq mənə konbayn ayırmaq istəmir.Hansı ki, rayonda hamı taxılını biçdirib.Aqrolizinq məndən əvvəlcədən nəğd pul ödəməyimi tələb edir.Mən isə məhsulumu biçdirib dərhal satıb artıqlaması ilə onların pulunu ödəməyə spz verirəm.Ancaq onlar bununla razılaşmırlar.13 hektar torpaq sahəsindəki taxılın satışından müəyyən qədər vəsait əldə edəcəm.Maddi imkanım yoxdur, pulumu pambığın və taxılın əkilməsinə xərcləmişəm.İndi isə imkanım yoxdur.Buna görə də texnikanın olmamasına görə məhsulum batır.Acınacaqlı bir vəziyyətə düşmüşəm.Bu çətinliklərə baxmayaraq ümüdümü üzməmişəm ona görə ki, Azərbaycanın sizin kimi qayğıkeş Prezidenti var.Hörmətli Prezident sizdən xahiş edirəm 13 hektar taxılımın biçilməsi üçün mənə texnika ayrılmasına köməklik edəsiniz. Biçilən kimi məhsulumu satıb texnikanın pulunu ödəyəcəyəm." Əlaqə telefonu; (050) 471-15-99