BolgeXeber.Com » Siyasət » Litvada Mixail Saakaşviliyə vətəndaşlıq verilməsi təklif olundu

Litvada Mixail Saakaşviliyə vətəndaşlıq verilməsi təklif olundu

28-07-2017, 19:16
Oxunub: 3 111 Litvada Mixail Saakaşviliyə vətəndaşlıq verilməsi təklif olunduLitvanın sabiq deputatı, Avropa Parlamentinin deputatı Pyatras Auştryaviçus Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Litva vətəndaşlığının verilməsi imkanlarını nəzərdən keçirməyi təklif edib

Bolgexeber.com bu barədə Report-a istinadən xəbər verir. Çərşənbə günü Ukraynanın miqrasiya xidməti bildirib ki, prezident Petro Poroşenko Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

P.Auştryaviçus həmçinin P.Poroşenkonun bu qərarını yenidən qiymətləndirməyi təklif edib. Litvalı siyasətçinin fikrincə, ilk növbədə, M.Saakaşviliyə Litvada yaşamaq icazəsini vermək olar: “Gürcüstanın sabiq lideri burada siyasi analiz, məsləhətləşmələr üzrə təşkilat yarada bilər, Litva vətəndaşlığı isə ona Avropada işləməyə imkan verəcək”.

“Litva vətəndaşlığının verilməsi kompleks məsələdir, bu məsələnin hüquqi tənzimlənməsi ciddidir, lakin mən belə imkanın olduğunu düşünürəm”, - Avropa Parlamentinin deputatı bildirib.