BolgeXeber.Com » Siyasət » 755 amerikalı diplomat Rusiyanı tərk edəcək

755 amerikalı diplomat Rusiyanı tərk edəcək

31-07-2017, 11:32
Oxunub: 2 849 755 amerikalı diplomat Rusiyanı tərk edəcəkABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı Rusiyanı tərk etməli olacaq

"Vesti.ru”-ya verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

"ABŞ-ın Rusiyadakı diplomatik missiyalarının 755 əməkdaşı ölkəni tərk etməli olacaq. Beləliklə, Rusiyada fəaliyyət göstərən ABŞ diplomatlarının və texniki personalının sayı ABŞ-dakı Rusiya diplomatları və texniki personalının sayına uyğunlaşdırılacaq. Hər tərəfdən 455 nəfər”, - deyə Putin bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatı bu həftə Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar haqqında qanun qəbul edib.