BolgeXeber.Com » Siyasət » Qənirə Paşayeva ermənilər tərəfindən güllə yarası alan 13 yaşlı Ramindən danışdı:"ALLAH QORUYUB ONU..."

Qənirə Paşayeva ermənilər tərəfindən güllə yarası alan 13 yaşlı Ramindən danışdı:"ALLAH QORUYUB ONU..."

8-08-2017, 10:47
Oxunub: 3 664 Qənirə Paşayeva ermənilər tərəfindən güllə yarası alan 13 yaşlı Ramindən danışdı:"ALLAH QORUYUB ONU...""Ramin balamız Tovuz rayon Mərkəzi Xəstəxanasındadır, xəstəxananın rəhbərliyi, həkimlərimizlə tez-tez danışırıq. İnşallah Allahın və həkimlərimizin sayəsində Ramin balamız qısa zamanda tam sağalacaq”

“İşğalçı Ermənistan yenə də kiçik yaşlı uşaqlara qarşı vandalizm əməllərini davam etdirir. Axşam saatlarında Tovuzun ön cəbhədə yerləşən Qaralar kəndini iri çaplı silahlardan atəşə tutublar və nəticədə öz evində,öz həyində 13 yaşlı balamız Ramin Sabir oğlu Yusifovu yaralayıblar. Ramin balamız Tovuz rayon Mərkəzi Xəstəxanasındadır, xəstəxananın rəhbərliyi, həkimlərimizlə tez-tez danışırıq. İnşallah Allahın və həkimlərimizin sayəsində Ramin balamız qısa zamanda tam sağalacaq”.
Bunu Tovuzdan olan millət vəkili Qənirə Paşayeva qeyd edib.
O, bildirib ki, rayonun rəsmi nümayəndələri ilə tez-tez danışır. Ordumuz düşmənin təxribatlarına hər zaman olduğu kimi layiqli şəkildə cavab verib və verir:
“Ermənistanın bu vandalizm əməllərini, kiçik yaşlı uşaqlara qarşı cinayətlərini dünyanın hər yerində yaşayan soydaşlarımız, Türk kökənli insanlarımız daha geniş yaymalıdır. Səssiz qalan beynəlxalq qurumlara daha çox duyurmalıyıq, gəncləriimiz sosial mediada müxtəlif xarici dillərdə bununla bağlı məlumatları geniş yaymalı, xarici ölkələrin siyasətçilərinə, KİV-lərinə, beynəlxalq təşkilatlara bununla bağlı səsimizin daha çox duyulmasında, həqiqətlərin yayılmasında daha fəal olmalıdırlar.
Bir az əvvəl balaca Ramin və atası ilə də danışdım və qısa zamanda sağalmasını dilədim. Hadisənin şokundan hələ tam çıxmayıblar. Allah qoruyub balaca Ramini. Allah hər zaman ön cəbhədə insanlarımızı qorusun.Ordumuzda dəstək olsun.Bu işğalçı, vandalizm zehiyyətli Ermənistan inşallah daha betər cəzasını alacaq. Layiq olduğu cəzanı”.