BolgeXeber.Com » Siyasət » Ukraynanın televizya kanalları Krımda yayıma başlayıb

Ukraynanın televizya kanalları Krımda yayıma başlayıb

17-08-2017, 17:05
Oxunub: 3 092 Ukraynanın televizya kanalları Krımda yayıma başlayıbUkrayna öz telekanallarının ilhaq edilmiş Krım ərazisində yayımlanmasını testdən keçirir

Azadlıq Radiosu Rusiya xidmətinin avqustun 17-də yaydığı məlumata görə, bu barədə Ukraynanın televiziya və radio yayımı üzrə milli şurasının üzvü Sergei Kostinski məlumat yayıb.

Bunun üçün Ukraynanın Herson vilayətindəki Çonqar kəndində xüsusi televiziya qülləsi tikilib.

Söhbət rəqəmsal “Çernomorskaya TRK”, İCTV, “5-ci kanal” və “Canlı kanal-dan gedir.

Hazırda Krasnoperekopsk və Çankoy rayonları Ukrayna televiziya kanallarının proqramlarına baxa bilirlər.

Kostinski deyir ki, indi yayım şəbəkəsi genişləndirilə və ora daha 5 televiziya kanalı əlavə edilə bilər.

Qeyd edək ki, Rusiya 2014-cü ildə Krımı Ukraynaqdan ilhaq edib.

Bundan başqa hazırda Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında toqquşmalar gedir.

Beynəlxalq aləm buna görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Qərb və Kiyev Rusiyanı işğalçılıqda və Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamları rədd edir.