BolgeXeber.Com » Dünya » Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər

Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblər

21-08-2017, 09:10
Oxunub: 2 336 Madridin mərkəzində müsəlmanlar terrora qarşı nümayiş keçiriblərİspaniyanın paytaxtı Madridin mərkəzində yüzlərlə müsəlman Barselonada və Kambrilsdə radikal islamçılar tərəfindən törədilmiş terror aktlarına qarşı etiraz aksiyası keçiriblər

“Report” “RİA Novosti”yə istinadla bildirir ki, nümayiş “Onlar bizi təmsil etmirlər, biz hamımız terrorizmə qarşıyıq” şüarı altında baş tutub.
Nümayişçilər terror qurbanlarının xatirəsini anıblar, “Biz hamımız terrora qarşıyıq və sülh istəyirik!”, “Bizim adımızdan istifadə etməyin!”, “Terrorun nə vaxtdan dini olub?” kimi şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları toplaşdıqları meydana güllər düzüb, şamlar yandırıblar.