BolgeXeber.Com » Dünya » Yolu keçərkən SMS yazanlar cərimələnəcək

Yolu keçərkən SMS yazanlar cərimələnəcək

22-08-2017, 12:18
Oxunub: 3 153 Yolu keçərkən SMS yazanlar cərimələnəcəkQanun layihəsi Konnektikutda qəbul edilərsə...

ABŞ-ın Konnektikut ştatının Stemford şəhərinin yerli hakimiyyəti yoldan keçərkən SMS yazan və bununla da özünü və digərlərini təhlükəyə atan piyadalara cərimə kəsməyi təklif edib. Teref.info-nun lent.az-a istinadən verdiyi məlumata görə, yeni qanun iri küçələrin ətrafında SMS yazan və telefonla danışan piyadalara aid olacaq. Buna bənzər layihə artıq Havay ştatının paytaxtı Honolulu şəhərində qəbul edilib və 2017-ci ilin oktyabrında qüvvəyə minəcək. Bu şəhərdə yolu keçərkən diqqətini smartfona yönəldən və ətrafına baxmayan piyadalar 30 dollar məbləğində cərimələnəcəklər. Ötən il ABŞ-da piyadalar arasında qurbanların sayı 11 faiz artıb və təxminəm 6 min nəfər təşkil edib. Qanun layihəsi Konnektikutda qəbul edilərsə, çox güman ki, bu praktika bütün Amerika Birləşmiş Ştatlarının ərazisində genişlənəcək.