BolgeXeber.Com » Şou-Biznes » Türkiyəli müğənni bəstəkarımızın mahnısını oxudu – VİDEO

Türkiyəli müğənni bəstəkarımızın mahnısını oxudu – VİDEO

22-08-2017, 16:10
Oxunub: 3 765 Türkiyəli müğənni bəstəkarımızın  mahnısını oxudu  – VİDEOTürkiyədə "Özledim" sing-klipi ilə artıq tanınan müğənni Volkan Akçay ilk albomunu hazırlayır

Bolgexeber.com xəbər verir ki, müğənni albom hazırlığı üçün Azərbaycanlı musiqiçi Ruhin İsmayılovla işbirliyinə başlayıb. Qeyd edək ki, Ruhin Azərbaycanda bir neçə yerli müğənnimizin ifasında səslənən mahnıların musiqi müəllifi kimi tanınır. Albomda yer alacaq mahnıların aranjimanları, eləcə də səs rejissorluğu Ruhinə aiddir. Albomda təxmini 10-12 mahnı yer alacaq. Bu barədə Volkanın PR Menecerliyi ilə məşğul olan Azərbaycanda çox tanınan şairə Aişə Birgül Yılmaz bolgexeber.com-a məlumat verib. Onun bildirdiyinə görə artıq bir neçə mahnı hazırıdr. Mahnıların söz və musiqi müəllifi müğənninin özüdür. Lakin albomda əlavə olaraq azərbaycanlı bəstəkar Azər Nəsibovun Aişə Birgül Yılmaza məxsus sözlərə bəstələdiyi yeni mahnı da yer alacaq. Mahnı müğənninin o qədər xoşuna gəlib ki, azərbaycanlı bəstəkarın mahnısını mütləq albomuna salmağı qərarlaşdırıb.
Volkan Akçayın azərbaycanlılarla işbirliyi bununla bitmir. O "Çark" adlı yeni mahnısına bu günlərdə klip çəkdirib. Klipin rejissor və montaj işləri daha bir azərbaycanlıya-Səid Zeynalova məxsusdur.
A. B. Yılmazın bildirdiyinə görə Volkanın azərbaycanlılarla çalışması əbəs deyil. Müğənni bu münvalla Azərbaycana və azərbaycanlılara olan sevgi və hörmətini ifadə etməyə çalışır. Albom hazır olduqdan sonra Volkan Azərbaycanda da tanınmaq üçün konsert verməyi planlaşdırır.
Melodi Müzik Yapım şirkətinin etiketiylə çıxacaq albomun prodüseri Azad Üzümdür.
"Çark" adlanan yeni klipi aşağıdakı linkdən izləyə bilərsiz.