BolgeXeber.Com » Xəbərlər » Hazır taksi şirkəti satılır – 2 xanım işçi ilə birgə

Hazır taksi şirkəti satılır – 2 xanım işçi ilə birgə

23-08-2017, 16:50
Oxunub: 4 762 Hazır taksi şirkəti satılır – 2 xanım işçi ilə birgə2 təcrübəli xanım operatoru ilə birlikdə hazır taksi şirkəti satılır

Bu barədə Axar.az-a “Qala Taksi” şirkətdən məlumat veriblər. Taksi xidmətindən bildiriliblər ki, satışa çıxarılmasına səbəb işin çətinliyidir. Şirkətin fəaliyyəti üçün bütün avadanlıqlar alınsa da, işin çətinliyi səbəbindən fəaliyyətlərini davam etdirə bilməyiblər.

“Qala Taksi” şirkəti dəyəri 7000 min manat olan taksi proqramına, dəyəri 1700 manat olan serverə və 2 təcrübəli xanım operatora malikdir. “Qala Taksi”nin qısa nömrəsi *2000–dir. Nömrənin 6 aylıq xidmət haqqı ödənilib (375x6=2250 manat).

Şirkət avtomobillərin üstünə yerləşdirilməsi üçün 50 ədəd taksi lampasına da malikdir. Bu lampanın hər biri 80 manata alınıb (Cəmi 4000 manat).

“Qala Taksi” 10 000 manata satılır.