BolgeXeber.Com » Bölgə » Zərdabda məmur özbaşınalığı... - GİLEY

Zərdabda məmur özbaşınalığı... - GİLEY

29-09-2017, 11:35
Oxunub: 3 288 Zərdabda məmur özbaşınalığı... - GİLEY"Bələdiyyə sədri əkin sahəmi su altında qoyaraq toplamağa hazırlaşdığım məhsulu məhv edib"

DİA.AZ bildirir ki, bunu Zərdabın Dəliquşçu kənd sakini Natiq İmamverdiyev deyir.

Şikayətçinin sözlərinə görə, ona və ailəsinə məxsus əkin sahəsini kənd bələdiyyə sədri Yusif Əliyev məhv edib: "O sahə ilə dolanırıq. Öz torpağımızdır, bələdiyyə sədrinin sahəsi mənim sahəmin yaxınlığındadır. Öz sahəsini rahat suvarmaq üçün mənim sahəmi su altında qoyub. İndi məhv etdiyi məhsulun pulunu tələb edirəm, deyir, ‘get, hara istəyirsən şikayət elə’".

Kəndli də Zərdab rayon İcra Hakimiyyətinə üz tutub: "Ancaq şikayətimə baxılmadı, əksinə, bələdiyyə sədrindən şikayətçi olduğuma görə özümü danladılar və onu açıq şəkildə müdafiə etdilər. Dedilər, ‘bir işdir də olub, əkərsən, gələn il məhsul götürərsən’. Qış qapıda dayanıb, bəs mənim ailəm ac qalsın?"

YAP üzvü olan Natiq İmamverdiyev prezidentə və birinci vitse-prezidentə həm bu, həm də sədrin bələdiyyə əmlakını talan etməsi ilə bağlı yazıb.

Bolgexeber.com olaraq qarşı tərəfi də dinləməyə hazırıq.