BolgeXeber.Com » Bölgə » Bərdədə “18 oktyabr -Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir

Bərdədə “18 oktyabr -Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir

17-10-2017, 17:25
Oxunub: 10 118 Bərdədə “18 oktyabr -Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş  şeir müsabiqəsi keçirilmişdirQaliblərə təşkilatçılar tərəfindən hazırlanmış müvafiq dərəcəli Diplomlar təqdim edildi

17 oktyabr 2017-ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanı S.Behbudov adına şəhər 6 saylı tam orta məktəbdə Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “18 oktyabr -Dövlət Müstəqilliyi günü”nün 26-cı ildönümünə həsr olunmuş rayonun orta məktəb şagirdləri arasında ”Azərbaycan deyəndə” mövzusunda şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə 8 şəhər və 1 kənd məktəblərindən 27 nəfər şagird iştirak etmişdir. Müsabiqənin yüksək səviyyədə keçirilməsi və qaliblərin müəyyən edilməsi üçün aşağıdakı tərkibdə münsiflər heyəti təyin edilmişdir:
1. Avtab Cəbrayılova - Gənclər və İdman idarəsinin aparıcı-məsləhətçisi - sədr
2.Sədiqə Vəliyeva - Təhsil şöbəsinin metodisti - üzv
3.Sevil Məmmədova - Təhsil şöbəsinin metodisti - üzv
Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
Torpaqlarımız uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Elşad Məmmədov açdı.
Məktəbin şagirdləri hazırladıqları ədəbi-bədii kompozisiyanı təqdim etdilər.
Bərdə rayon Gənclər və İdman idarəsinin rəis müavini Aydın Qasımov və Təhsil Şöbəsinin metodisti Sədiqə Vəliyeva müsabiqə iştirakçılarını təşkilatçılar adından qarşıdan gələn bayram münasibəti ilə təbrik etdilər və “18 oktyabr -Dövlət Müstəqilliyi günü” ilə bağlı çıxış etdilər.
Müsabiqə əsasnaməyə uyğun olaraq saat 10:00-da başlamış və 13:00-da qurtardı.
Münsiflər heyətinin qərarına əsasən qaliblər aşağıdakı kimi müəyyən edildi:
I yer - Hüseynzadə Ramil Famil oğlu – Samux kənd tam orta məktəbin XI sinif şagirdi
II yer - Camalzadə Ayşən Kamil qızı – N.Nərimanov adına şəhər 3№li tam orta məktəbin Xa sinif şagirdi
II yer -Cəfərova Aytac Bəxtiyar - Azərbaycanın Milli Qəhrəmanı S.Behbudov adına şəhər 6 saylı tam orta məktəbin VIIb sinif şagirdi
III yer - Cabbarlı Şəlalə Namıq qızı - Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin VId sinif şagirdi
III yer – Məmmədli Aysun Dilbazi qızı - şəhid Alı Mustafayev adına şəhər 5 saylı tam orta məktəbin VIIc sinif şagirdi
III yer - Əlizadə Onur Seymur oğlu - Akademik Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin VId sinif şagirdi
Aşağıda adları qeyd olunan şagirdlər isə həvəsləndirici yerlərə layiq görüldülər:
1. Cabbarlı Aysel Tura qızı – N.Gəncəvi adına şəhər 2 saylı tam orta məktəbin 9 a şagirdi
2. Əmrahova Jalə Taleh qızı – şəhər 8 saylı tam orta məktəbin 9b sinif şagirdi
3. Ələsgərova Nərmin Xəqani qızı – şəhər 7 saylı tam orta məktəbin 3a sinif şagirdi
4. Mirzayi Fidan, Xəlilova Nərmin –şəhər 4 saylı tam orta məktəbin 7a sinif şagirdləri
Qaliblərə təşkilatçılar tərəfindən hazırlanmış müvafiq dərəcəli Diplomlar təqdim edildi.
Bolgexeber.com
Bərdədə “18 oktyabr -Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş  şeir müsabiqəsi keçirilmişdir
Bərdədə “18 oktyabr -Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş  şeir müsabiqəsi keçirilmişdir
Bərdədə “18 oktyabr -Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş  şeir müsabiqəsi keçirilmişdir
Bərdədə “18 oktyabr -Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş  şeir müsabiqəsi keçirilmişdir
Bərdədə “18 oktyabr -Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş  şeir müsabiqəsi keçirilmişdir
Bərdədə “18 oktyabr -Dövlət Müstəqilliyi günü”nə həsr olunmuş  şeir müsabiqəsi keçirilmişdir