Yaşar İsakovun DTX-dakı vəzifəsi dəqiqləşdi
12-11-2018, 11:56
Oxunub: 3 074
Tanınmış jurnalist Yaşar İsakov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini təyin olunub.
Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib:
“Yaşar İsakov Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevin əmrinə əsasən, qurumun İctimai Əlaqələr şöbəsinin rəsi müavini təyin edilib”.
Qeyd edək ki, DTX-nin İctimai əlaqələr şöbəsinin rəisi Arif Babayevdir.
İki gün əvvəl Y.İsakovun DTX-da məsul vəzifəyə təyin olunduğu bildirilsə də, söhbətin hansı vəzifədən getdiyi açıqlanmamışdı.
Y. İsakov bu təyinatadək Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Həmin vəzifəyədək isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.
Y.İsakov daha əvvəllər "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub, məqalələri "Day.az", "1News.az", "Aznews.az" saytlarında, "Exo" və "Naş vek" qəzetlərində dərc olunub.
Xatırladaq ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər