BolgeXeber.Com » Dünya » Parisdə dinozavr skeletləri hərracda 1,5 milyon dollara satılacaq

Parisdə dinozavr skeletləri hərracda 1,5 milyon dollara satılacaq

16-11-2018, 13:40
Oxunub: 3 358 Parisdə dinozavr skeletləri hərracda 1,5 milyon dollara satılacaqParisdə dinozavr skeletlərinin hərraca çıxarılaraq 1,5 milyon dollara satılması planlaşdırılır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, eramızdan əvvəlki dövrün nəhəng canlılarının qalıqları ABŞ-da aparılan arxeoloji qazıntılar zamanı tapılıb.

Birinci sümük kamptozavra aiddir. Arxeoloqlar onun demək olar, bütün sümüklərini tapıblar. Ona 500-700 min avro qiymət qoyulacaq.

Allozavrın isə qalıqlarının cəmi 65 faizi tapılıb. Lakin bu unikal tapıntı çox baha – demək olar, 1 milyon avro qiymətindədir.

"Biz burda eyni vaxtda yaşamış iki dinozavr arasında bərpa işləri aparırıq. Bu, allozavrdır. O, yırtıcıdır. Və kamptozavr - bu heyvan isə otyeyən olub", - deyə məsləhətçi-paleontoloq Stefano Piççini bildirib.