“Yaradan şərabı boşuna haram saymayıb ki…” – Millət vəkilindən şərab qalmaqalına replika
16-11-2018, 16:44
Oxunub: 4 444
Millət vəkili Fazil Mustafa BDU-nun dünən işdən çıxarılan rektoru Abel Məhərrəmov və səfir oğlu ətrafında baş verən şərab qalmaqalına sətiraltı münasibət bildirib.
BakuPost xəbər verir ki, o, yaradanın şərabı boşuna haram saymadığını deyib: “Hər dəfə xarici səfərdən qayıdanda gömrük işçilərinin diqqətini yük baqajımda çox sayda kitabın olması çəkir. Yaxınlaşıb hörmətlə soruşurlar ki, Fazil müəllim, bu qədər kitabı hər dəfə əziyyətlə xaricdən necə daşıyırsınız? Day bundan sonra kimsə belə bir sual verməz. Məsləhətlisi əziyyətlə də olsa kitab daşımaqdır. Uca Yaradan boşuna şərabı haram saymayıb ki… İlk ayəsi də boşuna “Oxu!” olmayıb ki…”
Xatırladaq ki, dünən prezident İlham Əliyevin sərəncamı ilə Abel Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Buna səbəb kimi isə mətbuatda onun İspaniyada səfir olan oğlu Anar Məhərrəmovla gizli və qanunsuz yollarla şərab biznesi ilə məşğul olduğu barədə məlumat dərc edilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər