BolgeXeber.Com » Dünya » MKİ Kaşıkçının qətlinin sifarişçisini açıqladı

MKİ Kaşıkçının qətlinin sifarişçisini açıqladı

17-11-2018, 10:57
Oxunub: 2 837 MKİ Kaşıkçının qətlinin sifarişçisini açıqladıABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hesab edir ki, jurnalist Camal Kaşıkçı Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmmədin əmri ilə qətlə yetirilib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Washington Post” nəşri yazır.

MKİ-nin bəyanatı Səudiyyə Ərəbistanının Baş Prokurorluğunun apardığı istintaqın nəticələrinə ziddir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bildirir ki, şahzadə Məhəmməd ölkədə baş verən hər şeyə nəzarət edir.

“MKİ-nin mövqeyi ondan ibarətdir ki, jurnalistin qətli şahzadənin xəbəri və ya birbaşa iştirakı olmadan baş verməzdi”, - deyə nəşrin mənbəsi bildirib.

Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin mətbuat katibi MKİ-nin ittihamlarını əsassız adlandırıb.

Xatırladaq ki, “The Washington Post” qəzetinin jurnalisti Camal Kaşıkçıdan oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna səfərindən sonra xəbər yoxdur.