UEFA Millətlər Liqası: Daha 3 ölkə növbəti mərhələyə yüksəlib
19-11-2018, 10:10
Oxunub: 3 521
UEFA Millətlər Liqasında VI tura start verilib.
Bolgexeber.com"report"-a istinadən bildirir ki, son turun ilk oyun günündə 4 liqada ümumilikdə 7 görüş keçirilib.
Bu qarşılaşmaların yekununda növbəti mərhələyə yüksələn daha üç komandanın adı müəyyənləşib.
A Liqasında iki qarşılaşma keçirilib. 2-ci qrupun sonuncu - həlledici matçında İsveçrə evdə Belçika ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 5:2. Bu komandalar arasındakı ilk görüşdə İsveçrə 1:2 hesabı ilə uduzduğundan, o, iki oyunun yekununda qrup qalibi olub və "play-off"a yüksəlib. İslandiya isə qrup sonuncusu kimi B Liqasına enib.
4-cü qrupda İngiltərə və Xorvatiya yığmaları görüşüb. Meydan sahibləri əzmkar qələbə sayəsində qrup qalibi olaraq, mərhələ adlayıb. Xorvatiya isə sonuncu yeri tutaraq, B Liqasına enib.
B Liqasının 3-cü qrupunda keçiriləcək Şimali İrlandiya - Avstriya matçı indidən öz əhəmiyyətini itirib. Çünki Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina yığması hələ ötən tur qrup qalibi kimi A Liqasına yüksəlib. Şimali İrlandiya isə qrup sonuncusu kimi aşağı liqaya enib.
C Liqasının 2-ci qrupunda Yunanıstan evdə Estoniyaya, qrupun qalibi Finlandiya isə səfərdə Macarıstana uduzub. Məğlubiyyətə baxmayaraq, Finlandiya B Liqasına vəsiqəni hələ ötən tur təmin edib. Estoniya isə qələbə qazansa da, son pillədən qurtula bilmərək, D Liqasına enib.
Nəhayət, D Liqasının 2-ci qrupunda Moldava evdə Lüksemburqla heç-heçə edib. Əvəzində Belarus səfərdə San Marinoya qalib gələrək, qrup qalibi olub və C Liqasına yüksəlməklə bərabər, "play-off"a çıxıb. San Marino isə xal toplamadan qrup sonuncusu olub.
18 noyabrMillətlər Liqası, VI tur, A Liqası, 2-ci qrup
23:45. İsveçrə - Belçika - 5:2
Qollar: Rikardo Rodriges, 26 (pen.). Haris Seferoviç, 31; 44; 84. Niko Elvedi, 62 - Torqan Azar, 2; 17
Xal durumu: İsveçrə - 9 xal (4 oyuna), Belçika - 9 (4), İslandiya - 0 (4)
4-cü qrup
18:00. İngiltərə - Xorvatiya - 2:1
Qollar Cesse Linqard, 78. Harri Keyn, 85 - Andrey Kramariç, 57
Xal durumu: İngiltərə - 7 xal (4 oyuna), İspaniya - 6 (4), Xorvatiya - 4 (4)
B Liqası
3-cü qrup
21:00. Şimali İrlandiya - Avstriya - 1:2
Qollar: Korri Evans, 57 - Ksaver Şlager, 49. Valentino Lazaro, 90+3
Xal durumu: Bosniya və Herseqovina - 10 xal (4 oyun), Avstriya - 7 (4), Şimali İrlandiya - 0 (4)
C Liqası
2-ci qrup
23:45. Yunanıstan - Estoniya - 0:1
Qol: Vasilis Lampropulos, 44 (öz qapısına)
23:45 Macarıstan - Finlandiya - 2:0
Qollar: Adam Salay, 29. Adam Nagi, 37
Xal durumu: Finlandiya - 12 xal (6 oyun), Macarıstan - 10 (6), Yunanıstan - 9 (6), Estoniya - 4 (6)
D Liqası
2-ci qrup
21:00. Moldova - Lüksemburq - 1:1
Qollar: Radu Qınsar, 58 (pen.) - Stefano Bensi, 70
21:00. San Marino - Belarus - 0:2
Qollar: Stanislav Draqun, 8. Anton Saroka, 52
Xal durumu: Belarus - 14 (6), Lüksemburq - 10 (6), Moldova - 9 (6), San Marino - 0 (6).
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə