BolgeXeber.Com » Xəbərlər » Gəncədə binada partlayış: ölən və yaralananlar var – FOTO,VİDEO

Gəncədə binada partlayış: ölən və yaralananlar var – FOTO,VİDEO

20-11-2018, 09:58
Oxunub: 1 985 Gəncədə binada partlayış: ölən və yaralananlar var – FOTO,VİDEOGəncə şəhərində dördmərtəbəli binada partlayış olub.

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.

Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.

Ölənlərdən birinin meyiti dağıntılar altından çıxarılıb.

Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın meyiti dağıntılar altından çıxarılaraq adiyyəti üzrə təhvil verilib. İlkin məlumatlara görə bir neçə nəfər dağıntılar arasından xilasedicilər tərəfindən yaralı vəziyyətdə çıxarılılb.

Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yaşayış binalarından birində baş vermiş partlayışla bağlı məlumat yayıb.

“Bu gün səhər saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd olunan ünvana cəlb olunub, digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata görə, 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır. İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib.

Əlavə məlumat veriləcək” – məlumatda bildirilib.