BolgeXeber.Com » İqtisadiyyat » ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcək

ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcək

20-11-2018, 10:27
Oxunub: 2 997 ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcəkƏmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov noyabrın 23-də Salyanda vətəndaşları qəbul edəcək

Bolgexeber.com Komitəyə istinadən xəbər verir ki, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Salyan rayonu ilə yanaşı Şirvan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Komitə sədri rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərini dinləyəcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

ƏMDK-nın aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

ƏMDK-nın Şirvan ərazi şöbəsi: (02121) 5-27-98, (02125) 5-04-57

ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi: (02121) 5-52-45, (02125) 5-50-98