BolgeXeber.Com » Xəbərlər » Gəncədə partlayışda yaralanan oğlanın vəziyyəti ağırdır - Nazirlikdən açıqlama

Gəncədə partlayışda yaralanan oğlanın vəziyyəti ağırdır - Nazirlikdən açıqlama

20-11-2018, 11:23
Oxunub: 1 342 Gəncədə partlayışda yaralanan oğlanın vəziyyəti ağırdır - Nazirlikdən açıqlamaGəncədə baş verən partlayış zamanı dağıntılar altında qalaraq xəsarət alan 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına yerləşdirilib

Bu barədə Azvision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Elvin Hacıyev məlumat verib. O, bildirib ki, hazırda yaralının vəziyyəti ağır stabildir.

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin apardığı axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb, 1997-ci il təvəllüdlü Məmmədli Orxan Oktay oğlu isə yaralı vəziyyətdə aşkarlanaraq xilas edilib.