BolgeXeber.Com » BÖLGƏ TV » Obama Santa-Klaus oldu - VİDEO

Obama Santa-Klaus oldu - VİDEO

20-12-2018, 16:16
Oxunub: 6 743 Obama Santa-Klaus oldu - VİDEOABŞ-ın keçmiş prezidenti Barak Obama Milad bayramı ərəfəsində Santa-Klaus papağı taxıb oyuncaq hədiyyələrlə dolu torbasını da çiyninə alaraq xəstə uşaqlara bayram sevinci yaşatmaq üçün Vaşinqtondakı Milli Uşaq Xəstəxanasına baş çəkib.

Bolgexeber.com "ABC News”a istinadən xəbər verir ki, Obamanın xoş sürprizini görən xəstəxana heyəti və uşaqlar sevinməklə yanaşı, həm də şok olublar.

"Ho Ho Ho... Milad bayramınız mübarək! Mənim şimal maralım qarda ilişib qalıb. Amma əmin olmaq istəyirdim ki, səfərim alınacaq və sizin hamınızı görmək şansı əldə edəcəm” – Obama sevinclə xəstəxanadakıları salamlayıb.

Daha sonra isə ABŞ-ın sabiq prezidenti xəstələrin yatdığı otaqları və uşaqların oyun otağını gəzərək hədiyyələr paylayıb, Miladı öz uşaqları ilə keçirməyə hazırlaşan valideynlərlə görüşüb və xəstə övladlarının vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, Obama hələ prezident olarkən 2014-cü ildə də bu xəstəxanaya baş çəkmişdi.

azvision.az