BolgeXeber.Com » Siyasət » Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

2-01-2019, 11:32
Oxunub: 3 598 Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı veribPrezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Bolgexeber.com xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç,

Maqnitoqorskda baş vermiş faciə barədə xəbər məni dərindən kədərləndirdi.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənləriin tezliklə sağalmasını arzulayıram"