BolgeXeber.Com » Siyasət » Yaponiyanın Baş naziri Kuril məsələsinə nöqtə qoyacağına and içib

Yaponiyanın Baş naziri Kuril məsələsinə nöqtə qoyacağına and içib

7-01-2019, 15:21
Oxunub: 2 779 Yaponiyanın Baş naziri Kuril məsələsinə nöqtə qoyacağına and içibYaponiyanın Baş naziri Sindzo Abe Rusiya ilə sülh müqaviləsinin bağlanması haqqında danışıqları başa çatdırmaq üçün maksimum səy göstərəcəyinə söz verib.

Trend-in məlumatına görə, həyat yoldaşı ilə birgə doğma yurduna - Yamaquti prefekturasının Naqato şəhərinə gələrək atasının məzarını ziyarət edən Baş nazir bildirib ki, 1982-1986-cı illərdə ölkənin xarici işlər naziri işləmiş atası Sintaro Abe də Moskva-Tokio münasibətlərinin yaxşılaşması üçün çalışıb:

"Mən babalarımın məzarı qarşısında and içdim ki, irəliləyiş əldə etmək üçün (Rusiya ilə Kuril üzrə danışıqlarda - red.) əlimdən gələni edəcək və bu məsələyə nöqtə qoyacağam".

Onun sözlərinə görə, bu il tarixdə ölkələr arasında ərazi mübahisəsi baxımından "çevriliş anı" olacaq.

Ötən gün S.Abe bəyan etmişdi ki, Kuril adaları məsələsi yerli sakinlərin razılığı olmadan həll edilə bilməz. O bildirib ki, rəsmi Tokionun Kurilin cənubuna iddiası rusiyalıların buradan köçürülməsini nəzərdə tutmur.