BolgeXeber.Com » Sosial » Sellofan torbalar nə zamandan pullu olacaq? – Rəsmi açıqlama

Sellofan torbalar nə zamandan pullu olacaq? – Rəsmi açıqlama

11-01-2019, 17:30
Oxunub: 3 174 Sellofan torbalar nə zamandan pullu olacaq? – Rəsmi açıqlamaSosial şəbəkələrdə yayılan məlumatlara görə marketlərdə sellofan torbaların satışına başlanıb

Bir çox ölkələrdə bu addımın atılması ölkəmizdə də bir müddətdir ki, gündəmdə olan pullu sellofan mövzusunu aktual edib. Artıq sosial şəbəkələrdə bir neçə marketdə bununla bağlı xəbərdarlıqların vurulduğu və bu tipli torbaların satıldığına dair məlumatlar yayılıb.
Maraqlı məqam ondan ibarətdir ki, xeyli supermarketlərdə sellofanların ödənişli olduğu deyilsə də, mövzunu araşdırdığımız vaxt bu nüansla rastlaşmadıq. Alıcılar üçün əsas problematik məsələ sellofanların pullu olması yox, təklif olunacağı ehtimal edilən qiymətləridir. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda sahibkarların bu məhsul üçün 5-20 qəpik qiymət müəyyən etməsi göstərilir.
Bolgexeber.com bildirir ki,modern.az saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə əlaqə saxlayıb.
O bildirib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə hazırda kompleks tədbirlər planı hazırlanaraq qərar verilməsi üçün aidiyyətı qurumlara təqdim edilib:
“Sosial şəbəkələrdə bir neçə marketdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlər yayılır. Bir çox ölkələrdə satış mərkəzləri könüllü şəkildə bu təşəbbüsə qoşularaq ictimaiyyəti bu tədbirlərdə iştiraka təşviq edirlər. Son illərdə əlverişli istifadə vasitəsi kimi gündəlik həyatımızda məhdudiyyətsiz istehlak olunan polietilen torbaların ətraf mühitə və canlı təbiətə mənfi təsirlərini nəzərə alaraq maraqlı tərəflərin bu tədbirlərə qoşulması təqdirəlayiq haldır. Nazirlik tərəfindən bir neçə müddətdir ki, polietilen torbaların marketlərdə pullu satışının tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri aparılır. Bəzi marketlərin bu çağırışa müsbət münasibəti sevindirici haldır və ictimaiyyətin bu tədbirlərə dəstək olacağına inanırıq”.
Nazirlik rəsmisinin sözlərinə görə, hazırda təkliflər planı hazırlayaraq qərar verilməsi üçün aidiyyatı qurumlara təqdim edilib.
“Təkliflər yalnız polietilen torbaların pullu olması ilə bağlı deyil, burda həmçinin plastik qablaşdırma materaillarından istifadənin məhdudlaşdırılması və onların əvəzində alternativ qablaşdırma materiallarından istifadə üçün münbit şəraitin yaradılması, bu sahədə ictimai savadlılğın və məlumatlılığın artırılması üçün də təkliflər verilib. Hazırda təkliflər paketi razılaşdırma mərhələsindədir. Qərar verildikdən sonra bu barədə ictimaiyyəti məlumatlandırılacaq”.
M. Nəbiyev qiymətlərin yüksək nəzərdə tutulması ilə bağlı məsələyə də şərh verib. O bildirib ki, nazirlik qiymətlərlə bağlı hər hansı bir təklif irəli sürməyib:
O ki qaldı qiymət məsələsinə, bunu biz müəyyən etmirik. Sadəcə polietilen torbaların pullu olması və bəzi növlərinin tamamilə qadağan olunması ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmişik. Qərar olanda yəqin ki, müvafiq qaydada qiymətləndirmə aparılıb lazımi məbləğlər müəyyənləşdiriləcək”.