BolgeXeber.Com » İdman » Almeyda "Qarabağ"da - FOTO

Almeyda "Qarabağ"da - FOTO

12-01-2019, 16:18
Oxunub: 4 507 Almeyda "Qarabağ"da - FOTOMillimizin yarımmüdafiəçisi Riçard Almeyda artıq "Qarabağ"ın düşərgəsindədir.

Moderator.az qol.az-a istinadən xəbər verir ki, o, Antalyada təlim-məşq toplanışında olan komandaya qoşulub.

Klubun baş meneceri Asif Əsgərov sosial şəbəkdə Almeyda ilə şəklini paylaşıb.

Hazırda Qazaxıstan "Astana"sına məxsus olan Almeydanın Ağdam klubuna 1 illik icarə qaydasında keçəcəyi bildirilir. Müqavilənin imzalanması haqda rəsmi xəbərin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi "Qarabağ"ı 2017/18 mövsümünün sonu tərk edərək "Astana"ya keçib.
Almeyda "Qarabağ"da - FOTO