Parisdə güclü partlayış: 5 ölü, 41 yaralı var-FOTO
12-01-2019, 18:02
Oxunub: 3 475
Fransa daxili işlər naziri Erik Kastaner çörək dükanında baş verən partlayışda ölənlərin sayının 5 nəfər olduğunu açıqlayıb.
Partlayış zamanı 17 nəfər ağır, 24 nəfər isə yüngül xəsarət alıb. Yaralılardan 5-inin vəziyyəti xüsusilə ağırdır, onlardan 2-si yanğınsöndürəndir.
***13.53
Parisdə baş verən partlayış nəticəsində xeyli sayda xəsarət alan var və azı bir nəfər ölüb.
Qaynarinfo xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Partlayışın çörək dükanında qaz sızması nəticəsində baş verdiyi və hadisədən sonra güclü yanğın çıxdığı bildirilir. Yeni partlayışlardan çəkinən polis və yanğınsöndürənlər yaxınlıqdakı binaların sakinlərini təxliyyə edir.
Partlayış nəticəsində binalara xeyli maddi ziyan dəyib.
***12.44
Fransanın paytaxtı Parisdə böyük partlayış meydana gəlib.
Partlayışın "Rue de Trevise" küçəsindəki mağazada baş verdiyi ehtimal edilir. Hadisə yerinə təhlükəsizlik əməkdaşları cəlb edilib.
İtki barədə hələlik məlumat yoxdur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər