BolgeXeber.Com » Xəbərlər » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ildə ilk ünvanı Corat qəsəbəsidir
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının yeni ildə ilk ünvanı Corat qəsəbəsidir
14-01-2019, 10:59
Oxunub: 1 758
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakların qeydiyyatı ilə bağlı səyyar aksiyaları yeni ildə də davam etdirir
Belə ki, xidmətləri vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının bu il üçün ilk ünvanı Sumqayıt şəhəri, Corat qəsəbəsidir. Bütün növ daşınmaz əmlaklar üzrə qeydiyyat xidmətlərindən faydalanmaq istəyən hər bir sakin 14-18 yanvar tarixlərində saat 09:00-dan 17:00-a qədərCorat qəsəbəsi, Sülh küçəsi, 347 (İcra nümayəndəliyinin qarşısında)ünvanındakısəyyar xidmət avtobusuna yaxınlaşa bilər.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı ilə bərabər, hüquqi xidmətlər də göstərilir. Komitənin fəaliyyəti ilə bağlı vətəndaşları maraqlandıran məsələlər eləcə də, xidmət haqqı və dövlət rüsumları barədə suallar mütəxəssislər tərəfindən cavablandırılır.
Sosial əhəmiyyətli kampaniya ilə komitənin müvafiq qurumlarına getmək imkanı olmayan şəxslər rahatlıqla mülkiyyət hüquqlarını həyata keçirir. Eləcə də, sağlamlıq imkanları məhdud və yaşlı sakinlər xidmətlərdən maneəsiz şəkildə yararlanır.Qeyd edək ki, ötən il “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı şəhəri və Abşeron rayonu üzrə ümumilikdə 22 kənd və qəsəbədə təşkil olunub.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər