BolgeXeber.Com » Xəbərlər » Güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Güclü külək əsəcək (XƏBƏRDARLIQ)

14-01-2019, 15:34
Oxunub: 2 396 Güclü külək əsəcək (XƏBƏRDARLIQ)Azərbaycanda küləkli hava ilə bağlı xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-i gündüz və 16-da arabir güclənən cənub-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında yanvarın 15-16-da bəzi rayonlarda cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.