BolgeXeber.Com » Siyasət » Tramp Türkiyəni hədələdi: "Məhv edərik" (FOTO)

Tramp Türkiyəni hədələdi: "Məhv edərik" (FOTO)

14-01-2019, 15:36
Oxunub: 2 887 Tramp Türkiyəni hədələdi: "Məhv edərik" (FOTO)ABŞ prezidenti Donald Tramp Türkiyəni növbəti dəfə sanksiya ilə hədələyib.

Qaynarinfo xəbər verir ki, Tramp "Twitter" hesabında ABŞ ordusunun Suriyanı tərk etməyə başladığını açıqlayıb, həmçinin bildirib:

"Əgər Türkiyə kürdləri vursa, bu ölkəni iqtisadi cəhətdən məhv edəcək və 32 kvadrat km-lik təhlükəsiz zona yaradacağıq".

Tramp Türkiyəni hədələdi: "Məhv edərik" (FOTO)


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Lüksemburq xarici işlər naziri Jan Asselbornlə birgə mətbuat konfransında ABŞ prezidentinin hədələyici bəyanatına münasibət bildirib: "Türkiyə bir yandan iqtisadi sanksiyalar, o biri yandan isə terrorla təhdid edilir. Bu millət ac qalaram, Çanaqqala savaşında olduğu kimi boyun əymərəm” deyir. Dövlət olaraq nə lazımdırsa, biz onu da edəcəyik. Donald Trampın təzyiq etdiyi açıqlamaları və istifadə etdiyi hədə dilini isə doğru saymırıq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın da ABŞ rəhbərinin bu açıqlamasına münasibət bildirərək ölkəsinin kürdləri yox, terrorçuları hədəf aldığını bildirib.